Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:47

-

Adı «Müsəlman Birliyi Hərəkatı» kimi hallandırılan təşkilatın sədri Taleh Bağırzadənin şikayəti üzrə keçiriləcək məhkəmə təxirə salınıb. AzadlıqRadiosuna bu xəbəri vəkil Cavad Cavadov çatdırıb.

O, ertələmə qərarını T.Bağırzadənin məhkəməyə gətirilməməsi ilə əsaslandırıb:

«Keçən dəfə hakim qərar verdi ki, T.Bağırzadə prosesə gətirilməlidir, amma bizdən asılı olmayan səbəb üzündən gətirilməyib. İndi hakim bunu araşdırır. Daha sonra məhkəmənin vaxtı müəyyənləşdiriləcək».

Söhbət T.Bağırzadənin Nəsimi rayon məhkəməsinə şikayətindən gedir. C. Cavadov T.Bağırzadə ilə vəkilinin görüşünə imkan verilməməsi, «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» qanunda nəzərdə tutulmuş hüquqların pozulması, müdafiə etdiyi şəxsin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) təcridxanasında 24 saatdan artıq saxlanması barədə məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib. İşə hakim Babək Həsənovun sədrliyi ilə baxılır.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub.Onun barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG