Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:15

Suriya danışıqları ertələnə bilər


Suriyanın Madaya qəsəbəsində körpə, arxiv fotosu

Suriyanın Madaya qəsəbəsində körpə, arxiv fotosu

-

BMT bildirir ki, Suriyada vətəndaş müharibəsinə son qoymağı hədəfləyən danışıqlar çox güman bir neçə gün yubanacaq. Səbəb danışıqlarda hansı müxalifət qruplarının iştirakı üzrə mübahisələrdir.

BMT-nin Suriya elçisi Staffan de Mistura-nın sözçüsü deyib ki, yanvarın 25-nə gözlənən danışıqlar həmin gün baş tutmaya bilər.

“Praktik səbəblərdən ayın 25-i bir neçə günlüyə dəyişə bilər”, Jessy Chahine yanvarın 21-də deyib.

ABŞ Dövlət katibi John Kerry Davosda bildirib ki, yubansa belə, danışıqların baş tutacağına inanır.

Diplomatlar Suriya danışıqlarında Qərbin qəbul etdiyi müxalifət təmsilçilərindən ibarət qrupun, Suriya hökumətinin və Rusiyanın danışıqlarda iştirakına çalışır. Rusiya Suriya prezidenti Bashar al-Assad-ı dəstəkləyir.

2014-cü ildə oxşar danışıqlar keçirmək cəhdləri alınmayıb.

Suriyada 5 ildir davam edən müharibədə 250 mindən çox insan ölüb, milyonlarla qaçqın yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG