Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:39

-

ABŞ Prezidenti Barack Obama sentyabrda BMT BAŞ Assambleyasında qlobal qaçqın sammiti keçirəcək.

Obama bu planını yanvarın 21-də Almaniya kansler Angela Merkel ilə müzakirə edib. Xəbəri Ağ Ev yayıb.

Bəyanatda deyilir ki, məqsəd “bütün dünyada qaçqınlar üçün imkanların genişləndirilməsi, sərhədyanı ölkələrin dəstəklənməsi üçün yeni və konkret öhdəliklər götürməkdir”.

Obama və Merkel Avropada qaçqın böhranını müzakirə ediblər və razılaşıblar ki, gələn ay Londonda keçiriləcək donor konfransı Suriyada humanitar böhranın həlli üçün qlobal səylərin canlandırılmasına bir imkandır.

Tərəflər Ukraynanın şərqində müharibənin bitməsi üçün Minsk sazişinin icrasından da danışıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG