Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:10

-

Dövlət başçısı İlham Əliyev Davos səfəri çərçivəsində Pakistanın baş naziri Muhammad Nawaz Sharif ilə görüşüb. İ. Əliyev görüşün iki ölkə arasındakı münasibətlərin müzakirəsi üçün əhəmiyyətli olduğunu deyib. B u haqda “president.az” saytı yazır.

Azərbaycanla Pakistan arasında əməkdaşlığın səviyyəsindən məmnun qalan dövlət başçısı hər iki ölkənin beynəlxalq qurumlarda bir-birini dəstəkləməsini yüksək dəyərləndrirb. Dövlət başçısı Pakistan universitetində törədilən terror hadisəsilə bağlı Baş nazirə və Pakistan xalqına başsağlığı verib.

Nawaz Sharif Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən birinin Pakistan olmasına diqqət çəkib. Baş nazir N.Sharif İlham Əliyevi “Pakistanın böyük dostu” adlandırıb.

Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsini, qarşılıqlı investisiya qoyuluşu, hərbi sahədə əməkdaşlıq və digər məsələləri müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG