Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:26

Pirallahıda bıçaqlanma olayı


-

Yanvarın 21-də Bakının Pirallahı rayonunda bir nəfər evində bıçaqlanıb.

43 yaşlı Vüqar Yusifov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyat olunub. Həkimlər onun qarın nahiyəsindən bıçaqlandığını bildiriblər. Vüqar Yusifov əməliyyat olunduğu üçün polis əməkdaşları onun ifadəsini ala bilməyiblər. Hadisə yerinə polis tərəfindən baxış keçirilib. İstintaq üçün zəruri olan tədbirlər görülüb.

Hələlik Vüqar Yusifovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG