Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:04

-

Rusiyanın ilhaq etdiyi Krım vilayətinin məhkəməsi Krım tatarlarının lideri Mustafa Dzhemilevin həbsinə order verib. Qərar yanvarın 21-də çıxarılıb.

Qeyd edək ki, Rusiya 2014-cü ilin martında Krımı Ukraynadan qopardıqdan bir neçə həftə sonra Mustafa Dzemilevin Krıma girməsinə 5 il qadağa qoyub.

Ukrayna parlamentinin deputatı və Krım Tatarlarının lideri Dzemilev dəfələrlə bildirib ki, Krım tatarları heç vaxt yarımadanın Rusiya tərəfindən ilhaq edilməsini tanımayacaq.

Hələ keçmiş sovetlər dövründə insan haqları müdafiəçisi kimi tanınan 72 yaşlı Dzemilev 1966-1986-cı illərdə 6 dəfə həbs cəzasına məhkum edilib.

Hazırda 2 milyonluq Krım əhalisinin təxminən 14 faizi Krım tatarlardır.

Krım tatarları 1944-cü il mayın 18-də keçmiş Sovet dikdatoru Stalinin əmriylə yarımadadan tam sürgün edilib, sovetlər birliyi dağıldıqdan sonra isə geri dönməyə başlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG