Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:03

Aksiyada xəsarət alan məktəbli evə buraxılıb


Siyəzəndə aksiya - 13 yanvar 2016
Siyəzəndə aksiya - 13 yanvar 2016

-

Yanvarın 13-də gözyaşardıcı qazdan zəhərlənmə ilə Siyəzən rayon Xəstəxanasına gətirilən 13 yaşlı məktəbli evə buraxılıb.

Bu haqda AzadlıqRadiosuna Siyəzən rayon Xəstəxanasının həkimi İdris Mehdili məlumat verib.

Məktəbli xəstəxanaya öskürək və boğulma diaqnozu ilə yerləşdirilmişdi.

Yanvarın 12-də Siyəzəndə sosial tələblərlə başlayan etiraz aksiyaları zamanı polislə aksiyaçılar arasında toqquşma olmuşdu. Polis aksiyanı dağıdarkən gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etmişdi.

Rəsmi məlumata görə, Siyəzəndə baş verən aksiyalara görə 55 nəfər saxlanılıb. Onlardan bəziləri haqda həbs-qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG