Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:35

İranda islahatpərəst siyasətçilər İnqilab Şurası-nı mötədil namizədlərin parlament seçkilərinə buraxılmaması ilə bağlı qərarına yenidən baxmağa çağırıblar.

9 partiyanın yanvarın 20-də yaydıqları bəyanatda bildirilir ki, 3 min islahatçı namizəddən cəmi 30-u qeydə alınıb.

İranda parlament seçkisi fevralın 26-da keçiriləcək.

Amma İnqilab Şurasının rəhbəri Ayatollah Ahmad Jannati İSNA agentliyinə bildirib ki, şura təzyiqlərə boyun əyməyəcək.

Ama onun müavini Siamak Rahpeik şuranın rəsmi saytında yazır ki, yəqin ki, rədd edilənlərdən 15 faizinin namizədliyi məsələyə yenidən baxılanda bərpa ediləcək.

Qeyd edək ki, İranda parlament seçkilərində namizədləri mühavizəkarlardan ibarəd İnqilab Şurası müəyyən edir.

Prezident Hassan Rohani isə seçkidən uzaqlaşdırılan namizədlərin bərpa olunması üçün bütün konstitusion imkanlara əl atacağını vəd edib.

290 yerlik İran parlamentində mühavizəkarlar çoxluq təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG