Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:35

"Litvinenkonu, güman ki, Putinin göstərişi ilə zəhərləyiblər"


-

Rusiya təhlükəsizlik xidmətinin keçmiş agenti Aleksandr Litvinenkonun ölümünə Rusiya hökuməti cavabdehlik daşıyır və yəqin ki, bu Putinin göstərişi ilə edilib.

Britaniyalı hakim Robert Owenin yanvarın 21-də təqdim etdiyi hesabatda belə deyilir.

Hesabatda bildirilir ki, böyük ehtimalla onu Rusiya Təhlükəsizlik Xidmətinin göstərişi ilə Dövlət Dumasının deputatı Andrey Lugovoy və iş adamı Dimitry Kvotun zəhərləyiblər.

Hesabatda bildirilir ki, Litvinenko Londondakı hotellərdən birində onlarla çay içərkən çayına qatılmış yüksək radioaktiv maddə - polonium-210-dan zəhərlənib.

3 həftə sonra dünyasını dəyişib.

Hesabatda yəqin ki, Federal Təhlükəsizlik Xidmətinin rəyhbəri FSB Nikolai Patrushevin də bir başa bu qətldə əli olduğu bildirilir.

Litvinenkonun həyat yoldaşı Marina jurnalistlərlə söhbətdə hesabatdan məmnun olduğunu bildirib və Britaniya hökumətini Putin də daxil olmaqla adı çəkilən şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Qeyd edək ki, Litvinenkonun özü də vaxtilə yazılı vəsiətində ölümünə görə Vladimir Putini günahlandırıb.

Moskva ittihamları rədd edir və bunun siyasi motivli olduğunu təkid edir.

Vaxtilə Rusiya kəşfiyyatına işləyən Litvinenko, Britaniyaya köçəndən sonra Putinin tənqidçisinə çevrilib.

Məlumatlara görə Litvinenko həmin vaxt Böyük Britaniyanın xarici kəşfiyyatına işləyirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG