Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:04

-

Rusiyanın xaricilər üçün “Russia Beyond Headlines” səhifəsi rusların inandığı mövhumatlardan yazıb. Bunların əksəriyyətinə azərbaycanlılar da inanırlar.

1. Masaya boş şüşə qoymaq olmaz

Şüşədəki maye badələrə və ya stəkanlara süzüləndən sonra təcili surətdə masadan uzaqlaşdırılmalıdır. Masada boş şüşə qalmamalıdır.

Bu inancın Napaleon vaxtından gəldiyi deyilir. Əfsanəyə görə, 1814-cü ilin Paris müharibəsi vaxtı rus kazakları görüblər ki, fransızların yerli restoranlarında adamlardan masadakı boş şüşə sayına görə pul alınır. Bunu biləndən sonra boşaltdıları şüşələri ehtiyatla masanın altına sivişdirirmişlər

2. Cüt gül hədiyyə vermək

Kiminsə evinə və ya görüşə gedirlərsə, apardıqları güllərin cüt sayda olmamasına diqqət edirlər. Yoxsa gülü hədiyyə alan rus sevinməkdənsə, əhvalı korlana bilər. Cüt gülləri yalnız qəbiristanlığa aparırlar.

3. Paltarını tərsinə geyinmə

Bu inanca görə, geyimin tərsinədirsə, döyüləcəksən. Gərək kimdənsə xahiş edəsən ki, səni xəfifcə vursun, bu simvolik jest səni əsl döyülməkdən xilas edə bilər.

4. Yarı yoldan qayıtma

Getdiyin yerdə birdən yadına düşsə ki, evdə nəyisə unutmusan, özün qayıtma, kimdənsə xahiş et, sənin əvəzinə qayıdıb o şeyi evdən gətirsin. Amma qayıtmağa məcbursansa, evdən çıxmamış güzgüyə bax.

5. Kandarda əl sıxıb salamlaşmaq olmaz

Kiməsə qonaq gedəndə əvvəl içəri girib sonra qucaqlaşır, əl sıxırlar. Kandarda əl sıxmaq, öpüşmək, qucaqlaşmaq olmaz, bu, evin ruhunu incidə bilər, qonaq gedəndən sonra ev yiyəsi əziyyət çəkər.

6. İti şeylər və burun dəsmalı hədiyyə vermək olmaz

Rus dostuna çəngəl, bıçaq, qayçı kimi iti şeylər hədiyyə vermə. Onlar inanırlar ki, sənə iti şey hədiyyə verən adamla aranızda mübahisə olacaq.

Amma bıçaq verməyi çox istəyirsənsə, onun əvəzinə bir-iki qəpik simvolik pul ala bilərsən. Bu pul onun metafizik mənasını dəyişdirəcək, hədiyyəni alqı-satqıya çevirəcək.

Dəsmal hədiyyə verməyin də göz yaşı gətirdiyinə inanırlar. Pulqabı hədiyyə verirsənsə, içinə bir qəpik də olsa qoymalısan ki, pulqabı heç vaxt boş olmasın.

7. İki eyni adlı adam arasında dayananda ürəyində arzu tut

Xaricilərə deyirlər ki, Rusiyada şənliyə düşəndə adları eyni olan adamların arasında oturmağa çalış. Rusiyada bu, çətin deyil, orada bir neçə məşhur ad geniş yayılıb. İki Saşanın, iki Lenanın və ya iki Maşanın arasında otur və ürəyində arzu tut. Amma arzunu heç kəsə demə - yoxsa həyata keçməz.

8. Duzla ehtiyatlı ol

Masada duzu bir-birinizə ötürəndə çalışın yerə dağıtmayasınız, yoxsa dava düşə bilər. Duz dağılsa, ondan bir çimdik götürüb sol çiynindən atmalı və bu vaxt gülməlisən, onda təhlükə sovuşacaq.

Bundan başqa, yeməyin çox duzlu olduğunu görsən, narahat olma, bu, ev yiyəsinin təzəlikcə aşiq olmasından xəbər verir.

9. Bıçaqdan yemə

Bıçağı yalamaq olmaz. Rus xurafatına görə, bu, səni şeytana çevirə bilər. Bıçaq yalamaq, bıçaqdan yemək həm də dilini kəsə bilər, bu da öz yerində.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG