Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:40

Cizgi filmləri üçün süjet müsabiqəsi keçirilir


-

“Azanfilm” cizgi filmləri studiyası “Mənim ideyam var!” cizgi filmləri üçün qısa və orijinal süjetlər müsabiqəsi elan edib. Qalib süjetlər əsasında çoxseriyalı cizgi filmlərin istehsalı nəzərdə tutulur.

Cizgi filmləri üçün süjetlər orijinal ola, və ya xalq nağıllarının, əfsanə və dastanların motivləri əsasında işlənə bilər.

Münsiflər heyəti tərəfindən müsabiqənin şərtlərinə cavab verən işlər arasından seçilmiş ən yaxşı süjet müəlliflərinin hər biri 500 manatla mükafatlandırılacaq.

"Azanfilm" deyir ki. stilistika və həcm etibarilə müsabiqə işlərinin aşağıdakı təxmini nümunə şəklində olması gözlənilir.

"Uzun ömür bəxş edən sehrli alma ağacını qorxunc Div zəbt edib. Div ancaq bir söz bilir: “Yox!” Adamlar Divə nə qədər yalvarıb-yaxarıb dilə gətirmək istəsə də, Div “Yox!” deyib heç kimi ağacdan alma dərməyə qoymur.

Məmləkətin hər bir bucağından Divin üstünə nə qədər pəhləvan tökülüşsə də, heç kim ona güc gələ bilmir. Bu vaxt balaca Cırtdan gəlir. Hamını gülmək tutur ki, Cırtdan hara, bu yekəlikdə Div hara.

Cırtdan durur düz Divin qabağında və deyir: “Almadan dərsəm, inciməzsən ki?”. Div başını qaşıya-qaşıya deyir “yox”. Cırtdan mat qalmış adamların gözü qarşısında almanı dərib, dişləyə-dişləyə uzaqlaşır."

XS
SM
MD
LG