Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:58

-

Human Rights Watch insan haqları təşkilatı yanvarın 20-də Əfqanıstanda Tolo TV-yə Taliban hücumunu pisləyib. Həmin hücumda 7 nəfər həlak olub.

Qurum bildirir ki, Tolo TV əməkdaşlarının avtobusuna hücum “Əfqanıstanda hələ də kövrək media azadlığına zərbə vuran vəhşilikdir”.

İntiharçı partlayıcılarla dolu maşını Kabildəki Rusiya səfirliyi yaxınlığında mikroavtobusa çırpıb.

Hücumda 25 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti üzərinə götürən Taliban Tolo TV-ni “casus agentliyi” adlandırıb.

Tolo TV Əfqanıstanda müstəqil media təşkilatıdır, televiziya, radio və onlayn xəbər şəbəkəsini birləşdirir. Taliban ötən ilin sonunda televiziyanı “hərbi hədəf” elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG