Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41

-

Kişinaudan gələn xəbərlərə görə, yanvarın 20-də erkən seçki tələbilə keçirilən etirazlarda 10 nəfər xəsarət alıb və hazırda xəstəxanada müalicə olunur.

Dünən parlament avropapərəst hökumətə səsvermə keçirən zaman etirazçılar binaya daxil olublar. Ancaq çevik polis onların qarşısını kəsib.

Xəsarət alanların 7-si polis əməkdaşlarıdır, 3 nəfərdən 2-si siyasətçilərdir.

Yeni hökumətə 49 yaşlı, hakim Demokratik Partiyanın sədr müavini Pavel Filip başçılıq edir.

Öncəki hökumət bank qalmaqalına görə buraxılandan sonra yeni baş naziri təsdiqləmək cəhdləri iki dəfə alınmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG