Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:38

-

Jalə İsmayıl

Jalə İsmayıl

Rumıniyanın Krayova Universiteti və “Marin Soresku” Teatrının birlikdə keçirdiyi “Craiova Dram 2016” beynəlxalq dram müsabiqəsinin nəticələri elan edilib. 10 qalib arasında "Oxşar" pyesi ilə azərbaycanlı yazar Jalə İsmayıl da var.

Müsabiqədə Rumıniya, Moldova, Fransa kimi ölkələrdən 47 yazarın 68 əsəri iştirak edib.

Müsabiqənin böyük mükafatına Rumıniyadan “Qoca və eftanaziya” əsəri ilə Ionel Buşe layiq görülüb. Əsər “Marin Soresku” Milli Teatrında tamaşaya qoyulacaq.

Jalə İsmayılın əsəri isə birinci yeri tutub. Onun pyesinə Krayova Universitetinin “Aktyor sənəti” emalatxanasının aktyor və tələbələri tərəfindən səhnə həyatı veriləcək.

Bu ilin aprel ayında qaliblərin əsərləri və qısa siyahıya düşmüş əsərlər kitab kimi çap olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG