Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:27

Şahin Mustafayevin gülməli optimizmi


Şahin Mustafayev
Şahin Mustafayev

-

«Azadlıq» qəzet iqtisadiyyat naziri Şahin Mustafayevin 15 minə yaxın yeni iş yeri açılması ilə bağlı dediklərindən yazır:

«Nazirin bu proqnozu həm gülməli, həm də ağlamalıdır. Kütləvi ixtisarların reallaşdığı bir vaxtda, 15 min iş yerinin açılması paradoksdur. Ekspertlər 2016-cı ildə 100 min işçinin ixtisar ediləcəyini proqnozlaşdırır. İş adamları sürətlə ölkəni tərk edir və bu da iş yerlərinin qapadılması, işsizliyin artması deməkdir. Belə bir vəziyyətdə «15 min iş yeri açılacaq» mesajı nəyə xidmət edir? Belə çıxır ki, 100 min adamı işdən çıxarıb, sonra 15 min adamı geri qaytaracaqlar və bu da olacaq iş yerlərinin açılması. Bu ona bənzəyir ki, bir uşağın əlindən çörəyini alırsan, sonra yarısını qaytarmaqla savab iş gördüyünü düşünürsən».

Cahangir Hacıyev
Cahangir Hacıyev

CAHANGİR HACIYEVİN FUCEYRA ZAVODLARI

Virtualaz saytı yazır ki, Azərbaycan Beynəlxalq Bankının kreditləri hesabına Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyində inşa edilmiş iki müəssisə satışa çıxarılıb.

Sayt bununla bağlı «Beynəlxalq Bank işi» üzrə istintaqa yaxın mənbələrdən məlumat əldə edib:

«Söhbət «Intertextil» fabrikindən və «Intersteel» poladtökmə zavodundan gedir. Bu zavodların tikintisinə Beynəlxalq Bankın yüz milyonlarla dollarlıq krediti sərf olunub. Birləşmiş Ərəb Əmirliklərindəki zavodların sahibi kimi «Intermet» offşor şirkəti göstərilir. Həmin şirkətin payçıları isə çeçen əsilli işadamı, Rusiya vətəndaşı Hussein Marayev və adı neçə vaxtdır Beynəlxalq Bankın boşaldılması işində keçən Fransa vətəndaşı Xaqani Bəşirovdur. Belə ki, səhmləri H.Marayev-in nəzarətində olan «Golden Bat» şirkəti «Intermet»in səhmlərinin 50 faizinə, Xaqani Bəşirovun Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş «Camelot Oil&Gaz» şirkəti isə qalan 50 faizinə nəzarət edir. Başqa sözlə, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev yüz milyonlarla manat krediti Marayev-lə Bəşirova ayırıb, Adil Hüseynovun rolu isə bankın Dubay nümayəndəliyinin rəhbəri kimi vəsaitlərin xərclənməsinə nəzarəti təmin etməkdən ibarət olub».

Foto illüstrasiya
Foto illüstrasiya

MADE IN AZERBAIJAN

«Azərbaycan» qəzeti yazır ki, bu brendlə dünya bazarına yeni məhsullar ixrac olunacaq:

«Azərbaycan bu gün qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, respublikamızın xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınmışdır. Xüsusən də regionların sosial-iqtisadi inkişafı tədbirlərinin genişlənməsi ölkəmizin sənaye potensialının gücləndirilməsi zərurətini də ön plana çıxarmış və bu istiqamətdə müəyyən addımlar atılmışdır. Sahibkarlığın inkişafına böyük diqqətin göstərilməsi, iş adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması aparılan siyasətin məqsədyönlüyündən xəbər verir. Qlobal böhranın səngimədiyi bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan bütün məsələlərin həllinə imkan yaradacaq».

Əkrəm Həsənov
Əkrəm Həsənov

YERLİ BANKLAR DAHA ETİBARLIDIR, YOXSA «XARİCİ»?

IJS hüquq firmasının direktoru Əkrəm Həsənov modern.az saytındakı məqaləsində yazır ki, son vaxtlar bu sualı ona tez-tez verirlər:

«Əksər hallarda əmanət yerləşdirmək üçün soruşmurlar. Hazırda bankda əmanət saxlamağın çox təhlükəli olduğunu artıq çoxları başa düşür. Bir çox halda sadəcə pul köçürmək və ya pul almaq üçün soruşurlar. Qorxular ki, pulu köçürmə üçün verərlər, amma bank köçürməz, yaxud onlara pul köçürərlər, amma bank verməz (təəssüf ki, artıq belə hallar da var). Buna görə də soruşurlar ki, «bəlkə xarici banklarla işləyək»? Bankla işləməyə məcbursunuzsa, nəzərə alın ki, ölkədə ən etibarlı banklar dövlət banklarıdır (Beynəlxalq Bank və AzərTürkBank). Ona görə ki, dövlət onların öhdəliklərinə görə vətəndaşlar qarşısında məsuliyyət daşıyır. Təbii, məsuliyyət daşımaq o demək deyil ki, dövlət mütləq qaydada vəzifəsini dərhal icra edəcək. Pulu olsa, edəcək, olmasa, yenə də gözləməli olacaqsız. SSRİ-nin Əmanət Bankındakı əmanətlərin qaytarılmasını gözlədiyiniz kimi».

Hüquqşünas yazır ki, salamatı banklardan uzaq durmaqdır: «Bacarırsınızsa, belə də edin».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG