Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:36

-

Prezident İlham Əliyev Davosda İran Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşüb.”APA” informasiya agentliyi yazır ki, görüşdə Azərbaycanla İran arasında son illərdə dinamik inkişaf edən ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Azərbaycan prezidenti İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran prezidentinə və xalqına təbriklərini çatdırıb. Prezident qeyd edib ki, Azərbaycan-İran əlaqələri iki ölkənin maraqlarına xidmət etməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin daha da möhkəmlənməsinə töhfə verəcək.

Söhbət zamanı birgə layihələrin həyata keçirilməsi ilə bağlı da geniş fikir mübadiləsi aparılıb. Bank, nəqliyyat və digər istiqamətlərdə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanların olduğu vurğulanıb.

Davosda Dünya İqtisadi Forumu keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG