Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:17

Prezident İlham Əliyev yanvarın 20-də Davosda Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb. APA-nın məkumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev Davosda “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas ilə də görüşüb.

Bu şirkət “Cənub qaz dəhlizi” layihəsinin maliyyələşdirilməsi üzrə Azərbaycanın maliyyə məsləhətçisidir.

“report” Davosda prezident İlham Əliyevlə “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov arasında görüş olduğunu da yazır.

Şirkət “Şahdəniz” layihəsinin iştirakçısıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG