Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:14

Yanvarın 20-də Rusiyanın Kabildəki səfirliyi ətrafında törədilən partlayışda azı 7 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bu barədə “Tolo News” agentliyinə səfirliyin əməkdaşı məlumat verib.

Agentlikdən AzadlıqRadiosunun əfqan xidmətinə verilən məlumata görə, ölənlərin arasında səfirliyin əməkdaşları da var.

Amma Rusiya səfirliyi əməkdaları və diplomatları arasında itki olmadığını bildirir.

Ölümə gedən intiharçı minalanmış maşını səfirliyin ətrafında partladıb.

Nəticədə binanın qarşısı yanmağa başlayıb.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Amma adətən bu cür hücumları Taliban törədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG