Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:29

Hitlerin ardınca Mussolininin gündəlikləri satışa çıxdı


24 sentyabr, 1938. Adolf Hitler və Benito Mussolini bir masada

24 sentyabr, 1938. Adolf Hitler və Benito Mussolini bir masada

-

İtaliyada diktator Benito Mussolininin (1883-1945) gündəlikləri eyni gündə bir neçə nəşriyyatda çap edilib, satışa çıxıb.

“Mənim müharibə gündəliyim” adlı kitab Mussolininin Birinci Dünya Müharibəsinə qədərki qeydləridir. Kitabı çapa Venesiya Universitetinin professoru Mario İznegi hazırlayıb.

M.İznegi italyan milli faşizminin öndəri Mussoliniyə nifrət dövründə belə, diktatorun yaradıcılığına ədəbi-ideoloji material kimi yanaşan yeganə şəxs kimi tanınır.

M.İznegi yazır: "Bu kitabı açanlar memuar ədəbiyyatınının yaxşı nümunələrindən birilə qarşılaşacaqlar. O, öz əsgər həyatını özünəməxsus dramatizmlə nəql edir.”

İtalyanların kitab rəflərində bu, Mussolininin ilk kitabı deyil. O, ideloji mətnlərlə yanaşı, “Kardinalın sevgilisi”adlı bir roman, çoxlu hekayə də yazıb. Həm də siyasi jurnalist, yazıçı, müxtəlif qəzetlərin redaktoru olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG