Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:39

-

Dekabrın 4-də “Günəşli” yatağında baş verən yanğın zamanı ağır xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilən neftçi Bəxtiyar Ələkbərovun maaşını tam şəkildə ala bilməməsinə SOCAR-dan aydınlıq gətirilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev ANS PRESS-ə açıqlamasında bildirib:

"Neftçilər dənizdə işlədikləri zaman onların maaşına "dəniz əmsalı" adlı bir hesablama mexanizmi əlavə edilir. Buna görə də onların maaşları, işlədikləri vaxtlarda yüksək olur. Hazırda isə həmin neftçilər iş başında olmadığı üçün onlardan bu əmsal tutulub. Bu, qanuni prosesdir. Bundan başqa orada başqa bir neçə proses də var. Həmin proseslər də nəzərə alınaraq B. Ələkbərovun bülleteni az hesablanıb. Həm də bülletenə çıxan şəxsin maaşının iş vaxtı aldığı maaş miqdarında olması mümkün deyil".

Günün bütün mövzuları

XS
SM
MD
LG