Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:49

Cihad “öz balalarını yeyir”


İŞİD ötən iki il ərzində təkcə İraqda 18802 nəgəri qətlə yetirib. Edam edilənlərin arasında cihadçıların sayı getdikcə artır

Qərb mediasında yayılan xəbərlərə görə İslam Dövləti adlandırılan təşkilat potensial “fərarilərə, casuslara və düşmənlərə” görk olsun deyə öz “sədaqətsiz” döyüşçülərini kütləvi miqyasda qətliam edir.

“The İndependent” qəzeti İraqın ikinci böyük şəhəri Bab ət-Tob bazarında baş vermis bir hadisədən yazıb.

İŞİD “fərarilərə, casuslara və düşmənlərə” görk olsun deyə öz “sədaqətsiz” döyüşçülərini kütləvi miqyasda qətliam edir

Bazardakılar yerə uzadılmış 9 nəfərin ətrafına toplaşmışdılar. Yerə uzadılanların arasında bir İraq əsgəri və iddia edildiyinə görə kürdlərə casusluq etmiş birisi də vardı.

Bundan sonra kütlə kənara çəkilərək edam edilənlərin üzərinə yeriyən buldozerlərə yol verib…

Qəzet ayazır ki, İŞİD bütün ötən yay ərzində İraqın Anbar əyalətində, Ninəva yaylasında məğlubiyyət ardınca məğlubiyyətə məruz qalıb. Buna baxmayaraq, İraqın İŞİD-in əlində olan ikinci böyük şəhəri Mosulda qondarma xilafətin edamları tüğyan edir.

BMT bildirir ki, edam edilənlərin əksəriyyəti qrupun öz döyüşçüləridir. Onları potensial fərari və satqınlara xəbərdarlıq kimi öldürürlər.

İki ildə 18802 qətl

Mosul bazarında buldozerlənmiş həmin 9 nəfər, İŞİD-in ötən iki il ərzində qətl etdiyi 18 min 802 nəfərin statistikasına daxil olub.

BMT-nin hesabatına görə, İŞİD təkcə İraqda ötən ilin may-oktyabr aylarında 3855 nəfəri qətlə yetirib. Bu, dekabr-aprel ayları arasında qeydə alınmış rəqəmdən 15 faiz çoxdur.

İŞİD ötən yay ərzində İraqda əksəriyyəti yezidi icmasından olan 3500 nəfəri kölə edib

Hesabatda bu da bildirilir ki, İŞİD ötən yay ərzində İraqda əksəriyyəti yezidi icmasından olan 3500 nəfəri kölə edib.

Lakin hazırda ən əhəmiyyətlisi budur ki, İŞİD-in qurbanları arasında onun öz döyüşçülərinin faizi artır.

Hesabatda bildirilir ki, döyüşçülərin edamı üçün ən müxtəlif səbəblər ola bilər. Bunlar həm casusluqda və başqa “cinayətlərdə” ittihamlar, həm də cəbhə xəttindən qaçmaq, İŞİD-dən qaçaq düşmək cəhdləridir.

İŞİD-in getdikcə daha çox sayda uşağı əsir alması onun döyüşçü probleminin kəskinləşdiyindən xəbər verir.

“Xəlifə”nin adamını da edam ediblər

“The İndependent” yazır ki, ötən il, iyunun 29-da İraq qüvvələri və şiə silahlılar Tikriti İŞİD-dən geri aldıqdan sonra, cihadçı qruplaşmanın bir üzvü “mənəviyyat polisi” əl-Hisbah tərəfindən Mosulda güllələnərək edam edilib.

Bundan bir gün əvvəl İŞİD Ramadi və Fəlucada öz döyüşçülərinin 32-ni edam etmişdi. Onlar “mühüm informasiyanın İraq qüvvələrinə ötürülməsində” ittiham edilirdilər.

İŞİD lideri Baghdadi-nin nümayəndəsinin də edam edildiyi bildirlir
İŞİD lideri Baghdadi-nin nümayəndəsinin də edam edildiyi bildirlir

Mətbuat xəbər verir ki, casusluq şübhələrindən İŞİD-in ən yüksək eşelonları da sığortalanmayıb. Ötən iyun ayının sonlarında İŞİD Mosul şurasının üzvü, “xəlifə” Abu Bakr al-Baghdadi-nin nümayəndəsi olduğu iddia edilən Abu Usman al-Hassan adlı şəxs əl-Gizlani hərbi bazasında “xilafətə” qarşı xəyanət ittihamı ilə edam edilib.

Bundan sonra, avqust ayında İŞİD özünün daha 6 döyüşçüsünü Ramadi vuruşmasında cəbhə xəttindən qaçdıqlarına görə edam edib.

BMT-nin hesabatında deyilir ki, sentyabr ayında, əvvəllər İŞİD-in müttəfiqi sayılan bir islamçı qruplaşmanın 34 döyüşçüsü “küfr və xəyanət” ittihamı ilə edam edilib.

Sentyabr ayında İŞİD özünün qadın batalyonu “əl-Xansa”dan olan 7 nəfəri “əmrlərə tabe olmamaq” ittihamı ilə öldürüb. Onların meyitləri başqalarına dərs olsun deyə batalyonun Mosul qərargahının qarşısında küçəyə atılıb.

“The İndependent” yazır ki, İŞİD, hava zərbələri, yerüstü döyüşlər, fərarilik səbəbilə seyrələn sıralarını, indi də öz döyüşçülərinin kütləvi edamları ilə seyrəldir.

Oğurlanmış səfərbərlər

İŞİD bu itkilərin yerini əsir və girov uşaqlarla doldurmağa çalışır. İyunun 21-də İŞİD-in Mosul məhəllələrindən birində bir neçə yüz uşağı oğurladığı barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki, 9-15 yaşları arasında olan uşaqlara hərbi təlim keçilməsinə başlanıb.

İraqın Havica şəhərində İŞİD-dən xilas edilmiş uşaq
İraqın Havica şəhərində İŞİD-dən xilas edilmiş uşaq

Kürd rəsmiləri bildirirlər ki, təlimdən imtina edən uşaqları şallaqlayır, işgəncə verir, hətta zorlayırmışlar.

BMT hesabatı oğurlanmış uşaqların sayını 800-900 olaraq göstərir. Hesabata görə uşaqları iki qrupa ayırıbmışlar. 5 yaşından 10 yaşınadək olan uşaqlara düşərgədə dini təhsil verilirmiş. 10 yaşından böyük olanlara isə hərbi təlim keçirmişlər.

Qərb mediası yazır ki, İŞİD-in ötən yay həyata keçirdiyi qətllər təşkilat üçün strateji əhəmiyyət daşıyırdı.

İyulun 11-də Qəyyara qəsəbəsindən Ninəva şurası üzvlüyenə namizəd əl-Gizlanidə başına açılan atəşlə qətlə yetiirlib. Bundan bir gün sonra başqa bir namizəd Mosulun kənarında eyni dəst-xətlə öldürülüb. Avqust ayında İraqın ən böyük sünni bloku Mütahidun Alyansından parlament seçkilərinə namizəd olan üç qadın evlərindən oğurlanıb. Onların üçünü də başlarına atəş açaraq öldürüblər.

İyulun 24-də İraq Ali Seçki Komissiyasının 53 işçisi Mosulda oğurlanıb. Ertəsi gün daha 28 nəfər oğurlanıb. Onlardan 11-i qadınlar idi. Bu adamların hamısı edam edilib.

Quranı yaxşı oxuyanlara “seks mükafatı”

İŞİD İraq hökuməti ilə əməkdaşlıqda şübhəli bilinənlərlə xüsisi qəddarlıqla rəftar edir. İyun ayında həbs edilmiş 16 nəfər üç qrupa bölünüb. Birinci qrupavtomobilə oturdulub. Bundan sonra maşına minaatanlardan atəş açılıb. İkinci qrup qəfəsə salınaraq suya salladılıb. Üçüncü qrupdakıların isə boyunları vurulub.

İŞİD-in seks köləliyindən xilas ola bilmiş qadın. Dohuk, İraq
İŞİD-in seks köləliyindən xilas ola bilmiş qadın. Dohuk, İraq

BMT hesabatında deyilir ki, bu adamlar İraq ordusu ilə əməkdaşlıqda ittiham edilirdilər.

Hesabatda qeyd olunur ki, İŞİD ötən yay İraqda əksəriyyəti yezidi qadınlar və uşaqlar olan 3500 nəfəri köləyə çevirib.

Uşaqlar gələcək döyüşçülər kimi təlimə göndərilib, qadınlar isə cariyələr və ya seks kölələri kimi satılıb.

Kölə satışı İŞİD-ə 2500 dollar qazandırıb. Seksdən imtina edən 11 qadın edam edilib.

Bu da xəbər verilir ki, edam edilən kişilərin dul qadınlarını İŞİD döyüşçülərinə “hədiyyə” edirmişlər.

BMT-nin hesabatında deyilir ki, İŞİD iyunun 21-də Mosulda Quran qiraəti yarışı keçirib. Quranı ən yaxşı oxuyan 3 nəfər seks kölələri ilə mükafatlandırılıb.

XS
SM
MD
LG