Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:46

“Insanların sosial problemlər qaldırmaq, bunu qanun çərçivəsində ifadə etmək və tələblərini müvafiq qurumlara çatdırmaq hüququ var. Buna görə heç kimi ittiham eləmək olmaz”.

Bunu Milli Məclisin sədr müavini Bahar Muradova yanvarın 20-də jurnalistlərə açıqlamasında deyib.

Amma millət vəkili qeyd edib ki, bundan istifadə edərək Azərbaycanda siyasi-ictimai durumu gərginləşdirmək, xalqla iqtidar arasında münasibərtləri korlamaq və təxribat törətmək istəyənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir: ”Azərbaycan dövlətinin bu məsələdə movqei qəti və aydındır.Vətəndaşların problemləri dinlənməli, onların sosial problemləri həll edilməli və hazırki çətin iqtisadi dönəmdə daha az zərərlə ötüşməsini təmin etmək lazımdır.

Amma buna mane olmaq istəyənlər hüquqi qiymətlərini alacaqlar”.deyə o vurğulayıb.

Qeyd edək ki, son vaxtlar qiymət artımı və işsizliyə etiraz olaraq Azərbaycanın bir sıra bölgələrində aksiyalar keçirilib.

Polis aksiyaları dağıdarkən gözyaşardığı qazdan istifadə edib, bir neçə nəfər həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG