Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:07

-

Əllərin dəmirdən olsa da, robotlar tutub-saxladığı əşyanı insan kimi hiss edəcəklər.

Sinqapurda yerləşən Nanyan Texnologiya Universitetinin tədqiqatçıları hissiyyatlı robot əllər hazırlayıblar.

Bu robot əllər elastik süni dəriylə örtülüb.

Robot bir şeyə toxunarkən, sensorlu süni dəri onun necəliyini hiss edir. Ardından həmin əşya haqqında bilgi nazik yaddaş qurğusuna ötürülür. Nəticədə robot toxunduğu əşyanı tanıyır. Nə faydası var? O faydası var ki, məsələn, əlində sulu meyvəni tutan robot onu əzməyəcək.

Yaddaş qurğusu bilgiləri bir həftə saxlaya bilir.

XS
SM
MD
LG