Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:49

-

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüb.

Dövlət başçısı «Əbədi məşəl» kompleksi önünə əklil qoyub.

Azərbaycanda 1990-cı il 20 Yanvar hadisələrinin 26-cı ildönümü qeyd edilir.

Bakıda Şəhidlər Xiyabanına gedən yollarda avtomobilin hərəkətləri məhdudlaşdırılıb, polis gücləndirilmiş iş rejiminə keçib.

Şəhidlər Xiyabanı - 20 yanvar 2016

Şəhidlər Xiyabanı - 20 yanvar 2016

Saat 12:00-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiram olaraq Azərbaycan ərazisində 1 dəqiqəlik sükut elan edilib.

Nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

Avtomobillər, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib. Azərbaycanın dövlət bayraqları endirilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. 137 nəfər həlak olub, 744 nəfər yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG