Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:27

-

Yanvarın 16-da dənizdə itən balıqçılar tapılıb.

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda deyilir ki, yanvarın 16-da onlara 3 balıqçının geri qayıtmadığı barədə məlumat daxil olub və sərhəd gözətçi gəmiləri axtarışa başlayıb:

«Qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticə­sində texniki nasazlıq səbəbindən sahildən 3.8 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib. Neftçala rayon Kürkənd kənd sakinləri Taleh Əhmədov, İxtiyar Şirəliyev, Bəxtiyar Ağacanov xilas ediliblər».

Günün bütün mövzuları

XS
SM
MD
LG