Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:07

-

«İslam Dövləti» (İD) ekstremist qruplaşması İraqda 3 min 500 qadın və uşağı qul kimi saxlayır. Bu barədə BMT-nin yanvarın 19-da yayılmış hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, qruplaşma hərbi, bəşəriyyət əleyhinə cinayətlərə, mümkün soyqırımına görə məsuliyyət daşıyır.

«İD qadınları və uşaqları cinsi zorakılığa məruz qoyub, bu, özəlliklə cinsi köləlik formasında üzə çıxır», - hesabatda vurğulanır.

Hesabatda İraq təhlükəsizlik qüvvələrinin, kürd peşmərgələrinin daxil olduğu qrupların da dinc sakinləri öldürdüyü, oğurladığı qeyd olunur.

Hesabatda deyilir ki, 2014-cü ilin yanvarından 2015-ci ilin oktyabrınadək İraqda zorakılıqda 18 min 802 dinc sakin öldürülüb, 36 min 245 nəfər yaralanıb.

BMT hesabatı qurbanların, faciələrdən sağ çıxanların, insan haqları pozuntuları şahidlərinin dedikləri əsasında hazırladığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG