Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:31

Naxçıvanda dövlət agentliyi ləğv edilib


-

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb. Fərmanla Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyaları Naxçıvan İqtisadiyyat Nazirliyinə verilib.

V.Talıbovun digər sərəncamı ilə isə Naxçıvan İqtisadiyyat və Sənaye Nazirliyi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi adlandırılıb. Xəbəri “Report.az” yayıb.

Analoji addım bir neçə gün öncə rəsmi Bakı tərəfindən atılıb. Ölkədə yaşanan böhran səbəbilə “çevik idarəedici mexanizm” yaradılması adı altında bəzi nazirliklər birləşdirilir, adları dəyişdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG