Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:53

Nardaranlı Məşədi Natiq təcridxanadan buraxıldı


Məşədi Natiq Kərimov
Məşədi Natiq Kərimov

►Məşədi Natiq Kərimov barəsində həbs qətimkan tədbiri dəyişdirilib

Nardaran ağsaqqalı Natiq Kərimov sərbəst buraxılıb. Yanvarın 19-da Səbayel Rayon Məhkəməsi onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatəti təmin edib. Bu barədə N.Kərimovun vəkili APA-ya bildirib.

Hüquq-mühafizə orqanları iddia edir ki, N. Kərimovun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar o, şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Yaxınları onun günahsız olduğunu bildirir.

XS
SM
MD
LG