Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:11

Ukrayna prezidenti Petro Poroşenko keşmiş baş nazir Yuliya Timoshenkonu həbs cəzasına məhkum edən hakim Rodion Krieevi işdən azad edib.

Poroshenkonun ofisindən verilən məlumata görə, Krieev bununla hakimlər andını pozub.

Ukrayna Ali Ədliyyə Şurasının kəldiyi nəticəyə görə hakim işə baxıldığı dövrdə Timoshenkonu əsassız həbsə atıb.

Ukrayna prezidentinin mətbuat xidmətindən bildirilib ki, hakim bu hərəkətlə onun azadlıq hüququnu pozub və bu Avropa İnsdan Hüquqları Məhkəməsinin Ukraynaya qarşı qərar qəbul etməsi ilə nəticələnib.

Bu qərar dövlətin və məhkəmə hakimiyyətinin imicinə ziyan vurub-deyə məlumatda bildirilir.

Qeyd edək ki, Timoshenkonun həbsi ictimaiyyətdə böyük rezonans doğurdu və buna görə, ali hakimlər komissiyasına vətəndaşlardan 800-dən çox şikayət daxil oldu.

Timoshenko 2011-ci ildə səlahiyyətlərini aşma ittihamı ilə 7 il həbs cəzasına məhkum edilib, Ukraynada hakimiyyət dəyişikliyindən sonra azadlığa çıxıb.

Tərəfdarları, hüquq müdafiəçiləri və Avropa Birliyi onun həbsinin siyasi motivli olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG