Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:04

Donuz qripinə görə 80 nəfər yoxlanıb


Turkey -- A vial of pandremix, the A(H1N1) vaccine on a desk at the Sisli Etfal Hospital in Istanbul on November 2, 2009.

Turkey -- A vial of pandremix, the A(H1N1) vaccine on a desk at the Sisli Etfal Hospital in Istanbul on November 2, 2009.

Azərbaycanda indiyədək“donuz qripi” şübhəsi ilə 80-dən çox adamdan qan nümunəsi götürülüb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Nəticələrə görə Azərbaycanda “donuz qripi”nə yoluxma halı aşkar edilməyib.

“Donuz qripi” təhlükəsi ilə əlaqədar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb. Həmçinin Azərbaycanla sərhəd olan İranda "donuz qripi"nin yayılmasına görə, ölkədə bu xəstəliyə qarşı profilaktik tədbirlər gücləndirilib.

Qeyd edək ki, ötən ilin sonlarından bu yana İranda H1 N1 virusundan 45-dən çox adam ölüb.

Həmçinin Ermənistanda indiyədək bu virusdan 16 n

əfərin öldüyü bildirilir.

Bu barədə Ermənistanıb Səhiyyə Nazirliyi məlumat yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG