Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:46

İranın ali dini lideri Ayatollah Ali Khamenei məmurları aparıcı dünya ölkələrinin bu yaxınlarda reallaşan nüvə sazişini yerinə yetirməsini təmin etmək üçün sayıq olmağa çağırıb.

Bu İrana qarşı beynəlxalq sanksiyaların ləğvindən sonra Khameneinin ilk rəsmi çıxışıdır.

Ali dini lider yanvarın 19-da həmçinin bir sıra ABŞ siyasətçilərinin son günlər dediklərinə nikbinlik bildirib.

Amma əlavə açıqlama verməyib.

Bu barədə İran KİV-ləri məlumat yayıb.

Amma qeyd edək ki, ABŞ sanksiyaların ləğvindən bir gün sonra-yanvarın 17-dı raket proqramına görə İran şirkətləri və bu məsələdə əli olan bir sıra şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.

Buna səbəb İranın ötən ilin oktyabr və noyabrında ballistik raketlərin sınağını keçirməsi olub.

Tehran yeni sanksiyaları pisləyib və bunun qanunsuz olduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG