Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:19

-

Macarıstan hökuməti 2015-ci ildən etibarən 200 azərbaycanlı tələbənin həmin ölkənin dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb. Bu barədə Macarıstanın Təhsil Təşkilatının məlumatında deyilir.

“Macarıstan universitetlərinin diplomları Azərbaycan hökuməti tərəfindən tanınır”, deyə təşkilat qeyd edir.

Məlumatda həmçinin “British Educational Centre”in təşkilatçılığı ilə yanvarın 24-də saat 15:00-da “Macarıstanda Təqaüdlü Təhsil” Seminarı keçirəcək. Təqdimat Caspian Plaza Biznes Mərkəzində British Educational Centre şirkətinin ofisində olacaq.

Seminar zamanı Macarıstan universitetlərində iqtisadiyyat, maliyyə, biznes, beynəlxalq əlaqələr və diplomatiya, turizm menecmenti, incəsənət, musiqi, rəsm və fotoqrafiya, kompüter mühəndisliyi, tikinti, inşaat, mühəndislik, insan resursları menecmenti və sair ixtisaslar üzrə təqaüdlü təhsil almaq imkanları barədə məlumat veriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG