Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:23

Fevralın 6-da İslamabadda Əfqanıstanla bağlı növbəti 4 tərəfli görüş koruş keçiriləcək.

Əfqanıstan, Pakistan, ABŞ və Çin rəsmiləri Əfqanıstan hökuməti ilə Taliban arasında birbaşa sülh danıçıqlarına nail olmaq istəyirlər.

Məqsəd 15 ildir ki, ölkədə davam edən müharibəyə son qoymaq və milli birlik hökuməti yaratmaqdır.

Növbəti görüş barədə yanvarın 18-də Kabildə keçirilən 4 tərəfli görüşdə razılıq əldə edilib.

Kabil görüşündə sülh danışıqları ilə bağlı irəliləyiş olduğu bildirilir.

Amma görüşün detalları barədə ətraflı məlumat verilmir.

Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani bundan əvvəl bütün Taliban fraksiyalarını danışıqlar masasına gəlməyə çağırıb və bildirib ki, əks halda prosesdən kənarda qala bilərlər.

Qeyd edək ki, Kabil görüşündən bir həftə əvvəl tərəflər İslamabadda görüşüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG