Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:26

Fransa Xarici Legionunun 5 üzvü Alp dağında keçirilən hərbi təlim zamanı ölüb.

Yerli hakimiyyətin məlumatına görə, onlar xizəklə sürüşərkən qar uçqununa düşüblər.

Həmçinin 6 nəfərin xəsarət aldığı bildirilir.

İnsident yanvarın 18-də 51 hərbçi xizək sürərkən baş verib.

Xilasedici əməliyyatlara əsgərlər də cəlb edilib.

Ölənlərin milliyəti açıqlanmır.

Fransa Xarici Legionu bütün dünya üzrə çağırışçılardan təşkil edilir.

Ötən həftə isə Fransa Alpında baş verən uçqun nəticəsində ekskursiyaya gəlmiş 2 şagird və 1 ukraynalı turist ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG