Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 08:36

15 min yeni iş yeri açılacaq - nazir


Şahin Mustafayev
Şahin Mustafayev

-

Qarşıdakı bir il - il yarım müddətində Azərbaycanın bütün regionlarında kənd təsərrüfatı, emal və sənaye sahələrini əhatə edən 150-yə yaxın layihənin icrası nəzərdə tutulur. Bunun nəticəsində isə 15 minədək yeni iş yerinin açılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin komitəsinin iclasındakı çıxışında məlumat verib.

Nazir qeyd edib ki, Azərbaycanın milli brendlərinin yaradılması və qeyri-neft ixracının stimullaşdırılması məqsədilə sahibkarlığın inkişaf etdirilməsi üçün 1.5 milyard manat məbləğində kreditlərin verilməsi nəzərdə tutulur. Bu vəsaitin 250 milyon manatının Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilməsi planlaşdırılır.

XS
SM
MD
LG