Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:48

-

Azərbaycan KİV əməkdaşlarının yalnız 60%-i işəgötürənlərlə əmək müqaviləsi bağlayır. Qalanları müqaviləsiz fəaliyyət göstərir.

Jurnalistlərin Həmkarlar İttifaqının (JHİ) 62 KİV redaksiyası (30 qəzet, 8 informasiya agentliyi, 10 xəbər portalı, 4 telekanal) arasında keçirdiyi sorğunun nəticələri bunu göstərib.

Jurnalistlərin əksəriyyətinin (87%) aylıq gəliri 500-600 manat təşkil edir.

11% jurnalistin gəliri 700-800 manat və yuxarıdır. Eyni zamanda regionlarda jurnalistlərin gəlirləri ayda cəmi 150-250 manat arasında dəyişir.

Hesabatda jurnalistlərin problemləri sırasında müxtəlif orqanların mətbuat xidmətlərinin qeyri-qənaətbəxş işi, tibbi sığortanın olmaması, müəllif hüquqlarının yaxşı qorunmaması göstərilir.

Bundan əlavə, ilin sonunda manatın ikinci devalvasiyası medianın vəziyyətinə mənfi təsir göstərib.

Jurnalistlərin Həmkarlar İttifaqı 1990-cı illərin ortalarında yaradılıb. Quruma Mətbuat Şurasının (böyük əksəriyyəti hökumətyönlü KİV) üzvü və KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli rəhbərlik edir. /«Turan»/

Günün bütün mövzuları

XS
SM
MD
LG