Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:14

-

«Onlar ağlagəlməz sərvəti birdən-birə topladılar. Ancaq Rusiya oliqarxlarının erası da bitməkdədir, neft ucuzlaşır, rublun çöküşü isə dünyanın ən varlılarının böyük itkilər verməsi ilə sonuclanır». «The Telegraph» qəzetində John Ficenec yazır ki, neftin barreli 30 dollardan düşdükcə, Rusiya varlıları 10 günə 11 milyard dollar (7.6 milyard funt-sterlinq) itiriblər.

«Sibneft»in satışından milyardlar qazanan, «Chelsea» futbol klubunun sahibi Roman Abramovich 820 milyon, polad maqnatı, «Arsenal»ın 1/3-nin sahibi Alisher Usmanov ilin əvvəlində 910 milyon dollar itirib.

Mədən şirkətləri hesabına ölkənin ən sərvətlilərindən birinə çevrilmiş Vladimir Potanin-in itkisi 1.3 milyard dollardır, sərvəti 13.3 milyarda düşüb. «Novatek» qaz nəhənginin rəhbəri Leonid Mikhelson-un var-dövləti isə 1.5 milyard azalaraq 11.5 milyarda enib.

«Bloomberg»in göstəricilərinə görə, ümumilikdə 130 milyard dollara sahib olan 13 varlı rusiyalının ilin əvvəlindən 11.1 milyardı küləyə sovrulub.

İŞİD-çilər

İŞİD-çilər

DƏHŞƏTLİ HƏQİQƏT: «İŞİD-İN MƏHVİ ON İLLƏR ÇƏKƏCƏK»

«The Washington Post»da David Ignatius yazır ki, siyasətçilər terrorçuların məhvi barədə çox danışırlar, ancaq bu mübarizəyə gedən xərclər, qurbanlara çox toxunmurlar: «15 ildir müharibələrdə olan generallar, admirallar bilirlər ki, uğur asanlıqla qazanılmır. Bu düşmənin məhvi Birləşmiş Ştatlardan daha böyük və uzun müddətli iş tələb edəcək, bunu heç bir siyasətçi etiraf etmək istəmir».

Müəllif yazır ki, «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması 2014-cü ilin ortasında sahib olduğu ərazinin 25 faizini itirib, ancaq zəif cəhətlərini kompensasiya etmək məqsədilə innovativ metodlar düşünüblər. Onlar hərəkət trayektoriyalarını gizlətmək üçün tunellərdən istifadə edirlər; super ölçüdə maşın bombaları hazırlayırlar; partlayıcıları buldozerlərə və digər ağır texnikaya yükləyib hədəflərinin üzərinə göndərirlər; kiçik pilotsuz kəşfiyyat qurğuları – dronlar hazırlayıblar; kimyəvi silahlar işlədiblər və sairə.

Üstəlik, ABŞ komandirləri İŞİD-in İraq və Suriyada tutduğu ərazini geri almaq üçün bir sünni qüvvəsi yaratmağın necə çətin olduğunu dərk edib. Sünni tayfa başçıları Birləşmiş Ştatlara, qüvvələrinin burada qalacağına inanmır. ABŞ-ın itki verməməyə çalışması da belə bir fikri gücləndirir ki, Birləşmiş Ştatlar qələbə deyil, qarşısını alma strategiyası yürüdür:

«Daha bir ağrılı təcrübə Pentaqonun 500 milyon dollarlıq təlim və təchizat proqramı olub. Məqsəd Suriya müxalifətini gücləndirmək, onların İD üzərinə hücum bacarıqlarını təkmilləşdirmək idi. Ancaq bu iş iflasa uğradı. Çoxları gəlmədi, gələnlər də cəbhədə məğlub oldu».

Tehranda ABŞ səfirliyinin tutulması - 1979

Tehranda ABŞ səfirliyinin tutulması - 1979

«Daha dərin dərs isə odur ki, Qərb norma və standartlarına uyğun etibarlı hərbi qüvvənin hazırlanması ayların deyil, bir nəslin işidir. ABŞ erkən nəticə əldə etmək istədikcə, ümidsizliyə düçar olur. Siyasətçilər və Amerika ictimaiyyəti bu barədə nə qədər düşünmək istəməsə də, bu münaqişə hələ on illər çəkəcək».

İRANIN NORMALLAŞDIRILMASI

«Suriyada Bashar Assad mühasirədə olan şəhərlərdə yaşayanlara humanitar yardımın qarşısını almaqla düşmənlərini diz çökdürməyə çalışır. Bu siyasət «ac saxla və diz çökdür» adlanır və «Hizbullah» ilə İran tərəfindən dəstəklənir. İran cənab Assad-a kömək üçün Qüds qüvvələrini də göndərib». Bunu «The Wall Street Journal»da Brett Stephens yazır.

«İran doğrundamı bu qədər pisdir? Liberallar üçün bu sualı verməyə bundan yaxşı məqam olmazdı», - yazan müəllif qeyd edir ki, liberal xarici siyasət hər dəfə İrana münasibətdə boşa çıxıb.

«Jimmy Carter administrasiyası Ayətulla Khomeini-yə «müqəddəs» deyirdi. Səfirliyimizi tutdular. Ronald Reagan Khomeini-yə ad günü tortu və gizli silahlar göndərdi ki, Livandakı girovların buraxılmasına kömək olsun. Bir neçə girov buraxıldı, yerlərinə digərləri girov götürüldü. Dünya 1997-ci ildə prezident Mohammad Khatami-ni «mötədil» kimi alqışladı, ancaq onun ikinci prezidentlik dövründə İranın qanunsuz nüvə qurğuları aşkarlandı».

«İran ancaq İslam Respublikası olmayacağı halda «normal» ölkəyə çevrilər. Ancaq sual yaranır ki, onu normallaşdırmaq naminə özümüzü harayadək aşağılayacağıq?».

Günün bütün mövzuları

XS
SM
MD
LG