Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:57

Pakistanda intiharçı 11 nəfəri öldürüb


Pakistandakı hücum, 19 yanvar, 2016-cı il

Pakistandakı hücum, 19 yanvar, 2016-cı il

-

Pakistanın şimal-qərbində intiharçı polis məntəqəsinə hücum edib, 11 nəfər həlak olub, 17 nəfər yaralanıb. Hadisə yanvarın 19-da baş verib.

Hücum Peşavar şəhərindən Əfqanıstanla sərhədə gedən yolda törədilib. Bu əraziyə yaxın yerdə Pakistan təhlükəsizlik qüvvələri Taliban və digər silahlı qruplarla mübarizə aparır.

Ölənlərdən azı 5-i polis əməkdaşlarıdr, dinc sakinlər, azı bir uşaq da həlak olub.
Bəzi məlumatlarda polis rəisinin də öldürüldüyü bildirilir.

Hücuma görə məsuliyyəti hələlik üzərinə götürən olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG