Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

-

«Azərbaycan manatının denominasiyasını həyata keçirməyə lüzum yoxdur».

Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov bildirib.

E.Rüstəmovun dediyinə görə, sosial şəbəkələrdə yeni pul nişanlarını çap olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: «Bu, uydurmadır. Bildiyiniz kimi, denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar olmalıdır. Bundan başqa, hiperinflyasiya olmalıdır. Hal-hazırda Azərbaycanda hiperinflyasiya müşahidə olunmur və milli valyutada qüsurlar yoxdur. Buna görə, indiki şəraitdə denominasiyaya lüzum yoxdur», - E.Rüstəmov bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG