Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:05

-

İrana beynəlxalq sanksiyalar qaldırılandan sonra bu ölkə dondurulmuş 32 milyard dollarını əldə edəcək. Bunu İran Mərkəzi Bankının rəhbəri Valiollah Seif deyib.

Dövlət televiziyası yanvarın 19-da Seif-ə istinadla bildirib ki, xaricdə dondurulmuş həmin vəsaitin 28 milyard dolları mərkəzi banka gedəcək.

Qalan 4 milyard isə “hökumətin payı kimi dövlət xəzinəsinə köçürüləcək”.

BMT, ABŞ və Avropa Birliyinin İran mərkəzi bankına qoyduğu sanksiyalar yanvarın 16-da qaldırılıb. BMT-nin nüvə agentliyi bildirib ki, Tehran iyulda imzalanmış nüvə sazişinin şərtlərinə əməl edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG