Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:10

-

Yanvarın 19-da Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın şikayəti üzrə hazırlıq iclası keçirilib. Hakim Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası şikayətə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar araşdırılmadan baxılması barədə qərar qəbul edib.

İş üzrə məhkəmə baxışı fevralın 2-nə təyin olunub.

Gülər Əhmədova üzərindəki məhkumluğun götürülməsini istəyir. Yasamal Rayon Məhkəməsi sabiq deputatın bununla bağlımüraciətini təmin etməyib.

Gülər Əhmədova dələduzluq və ağır cinayəti gizlətmə maddələri ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. O, deputat seçilmək istəyən Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevdən 1 milyon dollar almaqda ittiham olunurdu. Gülər Əhmədova ittihamı rədd edir və Elşad Abdullayevlə danışıqlarını əks etdirən videogörüntülərin montaj olduğunu bildirir.

2014-cü ildə onun cəzası şərti cəzayla əvəzlənib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG