Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:21

Bank əmanətləri tam sığortalanacaq


Milli Məclis
Milli Məclis

-

Yanvarın 19-da Milli Məclis komitələrinin birgə iclasında Azərbaycanda valyuta bazarının tənzimlənməsini nəzərdə tutan layihələrin müzakirəsi başlayıb.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilir.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Şahin Mustafayev və digər rəsmilər iclasda iştirak edirlər.

İclasın gündəliyinə 7 məsələ daxildir.

1. «Əmanətlərin sığortalanması haqqında»qanuna dəyişiklik edilməsi
2. «Əmanətlərin tam sığortalanması haqqında» qanun layihəsinin müzakirəyə çıxarılması
3. Vergilər Məcəlləsinə dəyişiklik edilməsi
4. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi
5. «Valyuta tənzimi haqqında» qanuna dəyişiklik edilməsi,
6. «Dövlət satınalmaları haqqında» qanuna dəyişiklik edilməsi,
7. «Gömrük tarifi haqqında» qanuna dəyişiklik edilməsi.

30 000+

report.az xəbər verir ki, «Əmanətlərin tam sığortalanması haqqında» qanun layihəsində deyilir: «Bu qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir».

Bu qanun qəbul edilərsə, bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq lisenziyaya malik banklar tərəfindən 3 il müddətinə tam sığortalanacaq. İndiki halda yalnız 30 min manata qədər əmanətlər sığortalanır.

İki gün öncə AzadlıqRadiosuna müsahibə verən deputat Vahid Əhmədov da parlamentin belə bir qanun layihəsini müzakirəyə çıxaracağını söyləmişdi: «Qanuna əsasən, vətəndaşların banklardakı 30 min manata qədər əmanətləri qorunur. Amma indi yaranmış vəziyyəti nəzərə alaraq, limitin götürülməsini istəyirik. Əmanətçi sabah 100 min, 200 min də qoysa, dövlət onun əmanətini qorumağa zəmanət verməlidir. Yəni hər hansı fors-major vəziyyət yaranarsa, əmanətlərin sığortalanması ilə bağlı fonddan hər ay vəsait ödənəcək. Bu, həm bankların işinə xeyirlidir, dövriyyəsi genişlənir, həm də əmanətlərin qorunmasına şərait yaradar».

ƏMANƏTLƏR 3 İLLİK VERGİDƏN AZAD EDİLƏ BİLƏR

Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 3 il müddətində vergidən azad edilə bilər.

report.az xəbər verir ki, Milli Məclisin növbədənkənar iclasına çıxarılacaq Vergilər Məcəlləsinə dəyişikliklərdən biri bununla bağlıdır.

Hazırda qüvvədə olan maddəyə görə, əhalinin əmanətlərə görə illik gəlirinin, sadəcə, 500 manatadək hissəsi vergidən azaddır.

XS
SM
MD
LG