Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 04:46

-

Yanvarın 18-i axşam saatlarından güclü külək Quba və Siyəzəni elektriksiz qoyub.

AZƏRTAC xəbər verir ki, Qubanın elektrik təsərrüfatına daha çox ziyan dəyib. Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun verdiyi məlumata görə, hazırda rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişi kəsilib.

Yüksəkgərginlikli, eləcə də 0.4 kilovoltluq xətlərdə olan problemlər aradan qaldırılır.

Güclü külək Siyəzən rayonunda da bir sıra fəsadlar törədib. Siyəzən rayon Fövqəladə Hallar Komissiyasının sədri Zəfər Əliyev bildirib ki, rayon ərazisində bir neçə elektrik dirəyi aşıb. Bu səbəbdən enerjinin verilişində müvəqqəti fasilə yaranıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG