Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:07

-

Milli Məclis komitələrinin birgə iclasında Azərbaycanda valyuta bazarının tənzimlənməsini nəzərdə tutan layihələrin müzakirəsi başlayıb.

Bunu report.az parlamentdəki mənbəyə isnadən yazır.

MM-nin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilir.

İclasda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Şahin Mustafayev və digər rəsmilər iclasda iştirak edirlər.

Azərbaycanda 2015-ci il dekabrın 21-də baş verən ikinci devalvasiyadan sonra ölkə böhran yaşayır və bununla bağlı qanunvericilik, struktur baxımından islahatlara ehtiyac yaranıb. Komitələrin iclası da bu sıradakı tədbirlərdən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG