Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:21

Ərdəbil valisi Bakıya gələcək


-

"Report.az" Təbrizdəki baş konsulluğa isnadən konsul Əli Əliyevin Ərdəbilə səfər etdiyini, Ərdəbil vilayətinin valisi Məcid Xudabəxş ilə görüşdüyünü bildirir.

Görüşdə valinin yaxın aylarda Azərbaycana nəzərdə tutulan səfəri və Ərdəbil vilayəti ilə əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib.

Baş konsul Ərdəbil Ticarət Palatasının üzvləri ilə də görüşüb. Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi, sərhədyanı ticarətin gücləndirilməsi müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG