Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:31

-

Yanvarın 19-da Milli Məclisin növbədənkənar xüsusi iclası keçiriləcək.

Tətildə olan parlament Vergi və İnzibati Xətalar məcəllələrinə, “Əmanətlərin sığortalanmsı haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” və “Valyuta tənzimlənməsi haqqında" qanunlara dəyişikliklər layihəsini müzakirə etməlidir.

Prezident İlham Əliyev də hökumət müşavirəsində valyutanın tənzimlənməsi haqda məsələnin parlamentin növbədənkənar müzakirəsinə çıxarılacağını bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AzadlıqRadiosuna dəqiq nəyin müzakirə olunacağı haqda əllərində sənəd olmadığını bildirib. “Amma mən belə başa düşürəm ki, 30 min manata qədər qorunan əmanətlərin məsələsinə yenidən baxıla bilər. Biz razılaşdırmışıq ki, həmin məbləğ götürülsün və qorunan əmanətlərin məbləği limitsiz olsun. Bəlkə bununla bağlı qanunda dəyişiklik edildi. Başqa məsələ görmürəm”, - deputat deyib.

Digər deputat Rövşən Rzayev də gündəlikdən xəbərsiz olduğunu deyib.

Parlamentin yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG