Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:52

Rezaian-ın arvadını buraxmaq istəməyiblər


Jurnalistin anası Mary Rezaian (sağda) və həyat yoldaşı Yeganeh Salehi

Jurnalistin anası Mary Rezaian (sağda) və həyat yoldaşı Yeganeh Salehi

-

İran hakimiyyəti “Washington Post”un müxbiri Jason Rezaian-ın həyat yoldaşının onunla birlikdə ölkədən çıxmasına mane olmaq istəyibmiş. Bunu jurnalistin qardaşı Ali Rezaian CNN-ə deyib.

Rezaian daha 4 iranlı amerikalı ilə birlikdə yanvarın 16-da məhbus mübadiləsi çərçivəsində azad olunub. Həmin gün İrana beynəlxalq sanksiyalar da qaldırılıb.

“İranlılar, əvvəllər etdikləri kimi, durumdan sui-istifadəyə çalışıb və Yeggie-nin (Rezaian-ın arvadı-red.) ölkədən çıxmasını əngəlləməyə cəhd edib”, Ali yanvarın 18-də CNN-ə deyib. Onun sözlərinə görə, ABŞ mövqeyindən geri çəkilməyincə, Rezaian həyat yoldaşı ilə birlikdə ölkəni tərk edib.

ABŞ Dövlət katibi John Kerry yanvarın 17-də deyib ki, İrandan məhbusları aparan təyyarənin havaya qalxmasında yubanma, jurnalistin anası ilə həyat yoldaşının da, razılaşdırıldığı kimi, təyyarədə olması barədə “müvəqqəti anlaşılmazlıq”la bağlı idi.

Rezaian və daha iki amerikalı məhbus yanvarın 17-də Almaniyaya çatıb, tibbi müayinədən keçiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG