Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:55

-

"Biz ilk növbədə iş adamlarının fəaliyyətini gözləyirik. Eyni zamanda, ipoteka xətti ilə böyük tikinti layihələri icra edilə bilər. Əfsuslar olsun ki, bu sektorda durğunluq müşahidə olunur”, deyə dövlət başçısı İlham Əliyev yanvarın 18-də keçirilən müşavirədə iş adamlarına çağırış edib.

"BÜTÜN BUNLAR YIĞIŞDIRILMALIDIR"

Dövlət başçısı ipoteka ilə mənzil tikintisini genişləndirmək məsələsini xüsusi vurğulayıb. “Təxirəsalınmaz tədbirlər görülməlidir, mənə məlumat verilməlidir ki, nə etməliyik ki, ipoteka xətti ilə tikiləcək bu binaların inşasını sürətləndirək?!", - deyə İ.Əliyev qeyd edib.

Dövlət başçısı Bakıda və bütün şəhərlərdə iş adamlarının böyük tikinti layihələrinin icrasına tam imkan yaradılmasının vacibliyini vurğulayıb. ”Bəzi hallarda burada iş adamları müxtəlif çətinliklərlə üzləşrlər - bürokratiya, korrupsiya. Onlara qarşı əsassız tələblər irəli sürülür, bütün bunlar yığışdırılmalıdır", - deyə prezident vurğulayıb. İlham Əliyevin sözlərinə görə, qanunvericilikdə, yaxud qaydalarda hər hansı düzəlişlər edilməlidirsə, bu, ediləcək.

Prezident ölkəni ən çox geri salan amil kimi mənzil tikintisi sahəsindəki durumu göstərərək bunu “qeyri-normal” kimi dəyərləndirib. “Burada o qədər icazələr tələb edilir ki, o qədər pozuntular var ki, hətta beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bu gün ilk növbədə Bakı şəhər icra hakimiyyəti olmaqla bütün şəhər və rayon icra hakimiyyətlərinə ən ciddi tapşırıq verirəm ki, tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır”-deyə dövlət başçısı icra qurumlarından özbaşınaqlıqlara son verməyi tələb edib.

"BİRBAŞA MƏNƏ DEYİN"

“İş adamlarına da müraciət edirəm. Əgər sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə, birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaqlar. Mənə hər rüb mütəmadi qaydada məlumat verilməlidir ki, harada və nə qədər nə qədər tikinti layihəsi icra edilir və bunun əmək bazarına təsiri nədən ibarətdir", deyə İ.Əliyev iş adamlarını fəaliyyətə səsləyib.

Ölkə biznesmenləri bürokratiya və korrupsiyanın yaratdığı əngəllərdən narazıdır. Onlar bir çox hallarda hüquq-mühafizə orqanlarına etdikləri şikayətlərin araşdırılmadığını bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG