Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:27

ABŞ-da casus filmlərinə bənzər “Rusiya” məhkəməsi davam edir


Magnitsky işi ilə əlaqələndirilən biznesmen Denis Katsıv
Magnitsky işi ilə əlaqələndirilən biznesmen Denis Katsıv

Bu işin içində külli midarda mənimsəmə, çirkli pulların yuyulması, hökumət rəsmilərinin korrupsiyası və siyasət var

AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, Amerika Birləşmiş Ştatlarının Prevezon Holdings Ltd şirkətinə qarşı iddiası üzrə məhkəmə işi ilk baxışdan çirkli xarici pulların Amerika mülkiyyəti vasitəsilə yuyulmasına dair ən sadə məhkəmə işlərindən biri kimi görünür, lakin bir balaca dərinə gedəndə, sanki kəskin süjetli casus romanını oxumağa başlayırsan.

Çünki bu işin içində Rusiya hökumət rəsmilərinin iddia edilən iştirakı ilə həyata keçirilmiş 230 milyon dollarlıq vergi fırıldağı, bu məsələni faş etmiş vergi auditorunun ölümündən sonra məhkum edilməsi və Britaniya-Amerika maliyyəçisinin qiyabi keçirilən məhkəməsi var.

Odur ki, yanvarın 27-də Prevezona qarşı məhkəmə prosesi başlananda, səkkiz il əvvəl baş vermis həmin o vergi fırıldağı təkrar çək-çevir predmeti olacaq.

Bu isə o deməkdir ki, irəlidə hələ çox dolambaclar ola bilər.

14 min səhifəlik iş

Eckel yazır ki, bu üzrə vəkillərlə müstəntiqlər arasında davam edən 14 min səhifəlik çəkişmə korrupsiyanın Rusiya cəmiyyətinin ən yuxarı eşelonlarına nə dərəcədə sirayət etdiyini göstərir.

2000—2005-ci illərdə prezident Vladimir Putinin iqtidasadiyyat üzrə müşaviri olmuş Andrey İllarionov deyir ki, bu fırıldaqda neçə şirkətin iştirak etdiyi, nə qədər puldan söhbət getdiyi hələlik bütün miqyası ilə tam aydın deyil.

Manhattan Nyu Yorkun bahalı məhəlləsidir
Manhattan Nyu Yorkun bahalı məhəlləsidir

Prevezon işinə Manhattandakı 14 milyon dollarlıq mülkiyyət və bu şirkətin Hollandiya bankında ABŞ prokurorlarının göstərişi ilə dondurulmuş vəsaitləri daxildir. Qısası Prevezon ABŞ-da mülkiyyət almaqla çirkli pulların yuyulmasında ittiham olunur.

ABŞ vəkilləri iidia edirlər ki, Kiprdə qeydiyyatdan keçmiş Prevezon şirkəti və onun əsas sahibi, Denis Katsıv vergi fırıldağından əldə olunmuş pullardan mülklərin alınması üçün istifadə edib.

ABŞ müstəntiqləri bu pulların 2007-ci ildən bəri Moldovada və başqa yerlərdəki banklar və şel şirkətləri vasitəsilə mənimsənilməsini izləyə biliblər. Burada söhbət yalnız maliyyə əməliyyatları üçün yaradılan şel şirkətlərinin vergi orqanlarına qarşı saxta iddiaları, sonradan saxta məhkəmə qərarları ilə təzminat şəklində alınan pullar bu sxemin əsas elementləri olub.

William Browder

Mike Eckel yazır ki, bütün bu dolaşıqlığa iş üzrə qanunla müdafiə tərəfi olmayan üçüncü bir tərəfin qarışdırılmasını təsəvvürə gətirmək belə çətindir. Hərçənd Rusiyanın vergi və hüquq-mühafizə orqanları məhz belə bir addım atıblar. Rusiya iddia edir ki, Britaniya-Amerika biznesmeni William Browder və onun Hermitage Capital Management şirkəti ilkin vergi fırıldağının arxasında dayanır.

Hermitage Capital Managementin rəhbəri Bill Browder
Hermitage Capital Managementin rəhbəri Bill Browder

Rusiya məhkəməsi William Browder-i 2013-ci ildə qiyabi olaraq mühakimə və məhkum edib. Ən maraqlısı budur ki, bundan əvvəl onun Rusiyaya daxil olmasına qadağan qoyulmasına baxmayaraq, Moskva onun adının İnterpolun siyashısına salınmasına çalışıb.

Browder və onun müttəfiqləri vergi fırıldağı iddialarını nəinki rədd edirlər, hətta iddia edirlər ki, onların təhqiqatı Rusiyanın hüquq-mühafizə və vergi orqanlarının bu işlə bağlı olduqlarını üzə çıxarıb.

Bütün bunlardan əlavə Browder-in məsləhətçisi və bu sxemi faş etmiş Sergei Magnitsky 2009-cu ildə həbs edilib və ona tibbi yardım göstərilməməsi səbəbilə oradaca dünyasını dəyişib.

Prevezon işindən şahid kimi uzaqlaşdırılan Browder AzadlıqRadiosuna müsahibə vermək istəməyib.

Vəkil çək-çeviri

Lakin məhkəmə sənədləri göstərir ki, Katsıvın vəkilləri onu bu işin mərkəzi fiqurantına çevirməyə çalışrlar.

Sözü gedən məhkəmə dinləməsi yanvarın 6-na təyin edilmişdi, lakin iş təxirə salındı. Buna səbəb o idi ki, Hermitage şirkətinin vəkilləri ABŞ prokurorluğunun dəstəyi ilə hakim Thomas Griesa-nı Katsıvı müdafiə edən “BakerHostetler” firmasının vəkillərini işdən uzaqlaşdırmağın məqsədyönlüyünə inandıra biliblər.

Hermitage şirkətinin vəkilləri bildiriblər ki, əvvəllər şirkətin hüquqlarını müdafiə edən “BakerHostetler” hazırda bu şirkətə və onun rəhbəri Browder-in üzərinə hücuma keçiblər.

Buna baxmayaraq, hakim Griesa iki gün sonra, yanvarın 8-də “BakerHostetler”in vəkillərini müdafiəyə bərpa edib. Hermitage şirkətinin vəkilləri hələ də “BakerHostetler” vəkillərinin bu işdən uzaqlaşdırılmasına çalışırlar. İş üzrə yeni dinləmə yanvarın 27-də olmalıdır.

Məsələ siyasiləşib

Atası Rusiyanın keçmiş vəzifəli nəqliyyat rəsmisi olan Katsyv çirkli pulların yuyulmasından mənfəət əldə etdiyini inkar edir.

Boris Nemtsov Sergei Magnitsky-nin portreti ilə
Boris Nemtsov Sergei Magnitsky-nin portreti ilə

ABŞ prokurorluğunun bu iş üzrə Rusiya prokurorluğuna göndərdiyi sorğulara isə belə cavab verilib ki, vergi fırıldaqlarına dair istənilən sənədlər sadəcə olaraq mövcud edeyil.

Magnitsky-nin ölümündən sonra Browder və müttəfiqləri bu məsələ üçün ABŞ Konqresində lobbiçilik ediblər. ABŞ Konqresi 2012-ci ildə “Magnitsky qanunu” kimi tanınan qanunvercilik aktını qəbil edib. Bu qanunda adı çəkilən şəxslərdən azı dördü Rusiya vergi orqanlarının və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır.

Daha sonra bu siyahıya Rusiyada insan haqları sahəsində ciddi pozuntulara yol vermis yeni şəxslərin adları əlavə olunub və indi sənəddə 34 ad var.

Mike Eckel yazır ki, ABŞ prokurorlarının bu işin hüquqi məsələ kimi araşdırılmasına çalışmalarına baxmayaraq, Rusiya tərəfi ona bir o qədər siyasi rəng verməyə cəhd göstərir.

Məsələn, Rusiyanın baş prokuroru Yuri Chaika indi Browder-i, onu tənqid edən filmin çəkilişinin arxasında durmaqda ittiham edir. Bu film Rusiya müxalifətçisi Aleksei Navalny tərəfindən çəklib və cənab Chaika-nın oğullarının müxatəlif cinayət əməllərində iştirakı olduğunu iddia edir.

Chaika “Kommersant” qəzetinə deyib ki, Moskva Prevezonla bağlı işi bir kənardan diqqətlə müşahidə edir.

Vaşinqton da susur, Moskva da

Lakin burası da var ki, ABŞ prokurorluğu işə daha çox mülki müsadirə məsələsi kimi baxır. Nyu York vəkillərindən Steven Kessler bu qənaətdədir ki, prokurorluq ya bu işin bağlanmasına can atır, ya da bu iş üzrə sübutlar olduqca zəifdir.

Baş prokuror Yuri Chaika
Baş prokuror Yuri Chaika

ABŞ prokurorluğu bu barədə AzadlıqRadiosunun sorğularına cavab verməyib.

Hazırda Kremlin qatı tənqidçilərindən olan İllarionov isə iddia edir ki, Prevezon şirkəti vasitəsilə çirkli pulların yuyulması Rusiyanın ali hakimiyyətinin dəstəyi olmadan həyata keçirlə bilməzdi.

İllarionov deyir ki, bu məsələdə Rusiya Maliyyə Nazirliyinin iştirakı şübhə doğurmur.

Onun fikrincə 2008-ci ilə aid vergi ödənişləri üzrə iddialar və bu iddialar üzrə pulların ödənilməsi nazirliyin iştirakı olmadan bu sürətlə həyata keçirilə bilməzdi.

Rusiya Maliyyə Nazirliyi də AzadlıqRadiosunun suallarına cavab verməkdən imtina edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG