Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:56

ABŞ-ın Gürcüstandakı səfiri İan Kelly Gürcüstan hökumətinin “Qazprom” la danışıqlara başlamasını dəstəkləyib.

Amma diplomat ümid edir ki, Gürcüstan hökuməti Rusiya ilə münasibətlərdə hansı riskə getdiyini başa düşür.

Səfir “Rustavi-2” televiziyasına deyib ki, Gürcüstan energetika sahəsində 1 ixracçıdan aşlı olmamalıdır.

Qeyd edək ki, Gürcüstan hazırda işlətdiyi qazın 85 faizindən çoxunu Azərbaycandan alır.

Kelly qeyd edib ki, Gürcüstan enerji mənbələrinin şaxələnməsinə nail olmalıdır və bununla bağlı hökumətin izahını qəbul edir.

Səfir həmçinin Rusiya ilə danışıqların şəffaf olacağına ümidlə yanaşdığını qeyd edib.

Rusiyanın 2008-ci ildə Gürcüstan ərazisini işğal etməsi ilə bağlı suala gəldikdə isə səfir bundan narahat olduqlarını bildirib və qeyd edib ki, yəqin ki, Gürcüstan hökumətinin bu vəziyyətdən doğan bütün riskləri başa düşür.

Bu məsələ Gürcüstan müxalifətinin narazılığına səbəb olub.

Müxalifət baş nazir Georgi Kvirikashvili hökumətini ölkənin uzunmüddətli maraqlarını əldən verməkdə günahlandırır.

Buna görə Tbilisi və ölkənin digər şəhərlərində “Qazproma yox” devizi ilə aksiyalar keçirilib.

Səfirin müsahibəsindən 1 gün əvvəl Tbilisidə hökumət evinin qarşısında etiraz aksiyaqsı keçirilib.

Keçmiş prezident Mikheil Saakashvilinin “ Vahid Milli Hərəkat” partiyası xəbərdarlıq edib ki, əgər hökumət Kremillə oyunu dayandırmasa bütün ölkə boyu mitinq və nümayişlərə başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG